Bilərziklərini satıb biznesə başlayan evdar qadın milyonçu oldu

MARAQLI 22 iyn 2022, 18:58
Türkiyədə yaşayan evdar qadının uğuru hər kəsi təəccübləndirir.

Demokrat.az xəbər verir ki, Antalyada yaşayan Fatma Öncel 15 il əvvəl toyundan qalan 4 bilərziyi satıb bir inək alıb.

İllər keçdikcə inəklərin sayı artıb və evdar qadın 5 milyon lirəlik təsərrüfatın sahibi olub.

Onun bu işə başlamağının səbəbi isə evdə sıxılmağı və polis əməkdaşı olan ərinə kömək etmək istəməsi olub.

Həyat yoldaşı öncə ona gülüb, lakin dəstəyini də əsirgəməyib.

Hazırda 170 böyük buynuzlu, 150 kiçik buynuzlu heyvandan ibarət təsərrüfata sahib olan qadın gözlərinə inanmadığını bildirib.

Fatma Öncel heyvanları çox sevdiyini və işləməkdən yorulmadığını deməkdən çəkinmir.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top