ABŞ-dakı beynəlxalq müsabiqədə Azərbaycan 21 ölkə arasında 1-ci oldu — FOTOLAR

İNCƏSƏNƏT 21 iyn 2022, 17:49
Urfan Cəfərov ABŞ-ın Nyu-York şəhərində beynəlxalq opera ifaçılarının vokal müsabiqəsinin qalibi olub. 

Demokrat.az-ın xəbərinə görə, Urfan, "American Protégé International Vocal Competition 2022" adlı müsabiqədə 20 ölkə iştirakçısını qabaqlayıb. 

Bu müsabiqə çox rəqabətli mühitdə özlərini sınamaq istəyən müğənnilər üçün nəzərdə tutulub. Solo vokalçıların iştirak etdiyi müsabiqədə ABŞ-ın müxtəlif ştatlarından, Avstriya, Bosniya və Herseqovina, Kanada, Çin, Danimarka, Hindistan, İndoneziya, İran, Yaponiya, Litva, Malayziya , Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, Şri-Lanka, Tayland və Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandan olan ifaçılar arasından bu qələbəni qazanıb. 

Bu nəticədən sonra həmyerlimiz “Carnegie Hall”da keçiriləcək nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə əldə edib.

Qeyd edək ki, U.Cəfərov bu yaxınlarda Ukraynanın Truskavets şəhərində keçirilən “Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş Opera və Estrada  Vokalçıların IV Beynəlxalq Müsabiqəsi”ndə 18 müxtəlif ölkələrdən gələn (16-40 yaş) xüsusi ifaçılar arasından Qran-Pri müsabiqəsini qazanmışdı. Burada əsas mükafat Nyu-Yorkda dünyaşöhrətli konsert arenası olan – “Carnegie Hall”da nüfuzlu sertifikatı ilk azərbaycanlı olaraq əldə etmişdir.



Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top