Deputat: “Media haqqında” qanun kifayət qədər təkmil bir qanundur”

MEDİA 21 iyn 2022, 12:42
“Azərbaycan Respublikasında qəbul edilmiş “Media haqqında” qanun ən mütərəqqi, söz və mətbuat azadlıqları üçün ən yaxşı hüquqi baza formalaşdıran qanunlardan biridir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.  Deputat vurğulayıb ki, bu qanun qəbul edilərkən uyğun sahə üzrə bir sıra mütərəqqi qanunlar öyrənilib:

“Və bizim qəbul etdiyimiz qanunla müqayisəli təhlil edilərək daha yaxşı formalar tapılmağa çalışıb.

Üstəlik, “Media haqqında” qanun Azərbaycan qanunvericilik təcrübəsində ən çox müzakirələrə səbəb olan, bütün tənqid və təkliflərin nəzərə alınaraq yekun layihədə öz əksini tapan bir qanundur. Ən əsas məsələ isə bu qanunun təsir dairəsinə düşən subyektlərin qanunun qəbulu prosesində fəal iştirak etmələri və çoxsaylı təkliflərlə çıxış etmələridir ki, onların da əhəmiyyətli bir hissəsi qanunda öz əksini tapıb. Yəni, tam demokratik şəraitdə, açıq formada qəbul edilən bir qanundur. Ona görə də, Venesiya Komissiyasının “Media haqqında” qəbul etdiyimiz qanunu necə təqdim yaxud tənqid etməsindən asılı olmayaraq bu qanun kifayət qədər təkmil bir qanundur və ölkəmizdə media ilə bağlı bütün münasibətlərini layiqincə tənzimləyir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top