"Aİ Ukraynaya lazım olan müddətdə hərbi yardım göstərəcək" —Borrel

GÜNDƏM 20 iyn 2022, 22:53
"Putinin Ukraynaya qarşı  vəhşi və əsassız aqressiyası davam edir. Amma Avropa İttifaqı Ukraynaya bu mübarizəyə tab gətirməyə kömək edəcək".

Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, ,bunu bu gün Lüksemburqda Aİ Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin ali nümayəndəsi Josep Borrel bildirib.

“Söhbət ərzaq böhranından və müharibənin geosiyasi nəticələrindən gedir. Amma unutmaq olmaz ki, müharibə davam edir, bu, xoşagəlməz reallıqdır. Müharibə hələ  davam edəcək. Rusiya ordusu hər gün Ukraynada həm mülki, həm də hərbi olan bütün hədəfləri bombalayır. Belə görünür ki, Putin Ukraynanı fiziki cəhətdən məhv etmək istəyir. Biz isə Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - Borrel bildirib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top