Samir Şərifov: “Bu il Azərbaycanda ÜDM-in artım tempi 5,5 %-ə çatması proqnozlaşdırılır”

MALİYYƏ 20 iyn 2022, 11:50
Bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının nominal ifadədə 115,4 milyard manata, real artım tempinin 5,5 %-ə çatması proqnozlaşdırılır.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, o cümlədən qeyri-neft ÜDM-in nominal ifadədə 65,7 milyard manata qədər artacağı gözlənilir:

“Həmin dövrdə Azərbaycanda orta illik inflyasiyanın 12,5 % səviyyəsində reallaşması gözlənilir.”

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top