Ukraynada rus musiqisi qadağan olunur

GÜNDƏM 19 iyn 2022, 18:47
“Ukrayna Ali Radası milli musiqi məhsulunun dəstəklənməsi və təcavüzkar dövlətin musiqi məhsulunun ictimai istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsini dəstəkləyib”.

Demokrat.az  UNİAN-a istinadla xəbər verir ki, bunu deputat Yaroslav Jeleznyak deyib.

"Rada Ukrayna mediasında və ictimai məkanda rus musiqisini qadağan edi", - o bildirib.

Söhbət  mayın sonunda müxtəlif fraksiya və qruplardan olan 10 xalq deputatının, xüsusən də “Xalqın Qulluğu və Avropa Həmrəyliyi” partiyasının parlamentə təqdim etdiyi, Ukrayna mediasında və ictimai məkanda rus musiqisinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsindən gedir.

Gələcəkdə qanun layihəsi Ali Radanın sədri və Ukrayna prezidenti tərəfindən də təsdiqlənməlidir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top