“Messi məni öldürmək istəyirdi”

İDMAN 19 iyn 2022, 17:36
PSJ-nin və Argentina millisinin hücumçusu Leandro Parades komanda yoldaşı Lionel Messi ilə bağlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, o, “Goal.com”a müsahibəsində Messinin “Barselona”da oynadığı zaman Çempionlar Liqasının oyunu zamanı aralarından baş verən insidenetdən danışıb:

“Messi əsəbiləşdi, çünki komanda yoldaşlarıma nəsə deyəndə məni eşitdi. Çox əsəbiləşdi və hücum etdi. Dəhşətli idi. O, məni öldürmək istəyirdi. Mən isə sadəcə evə getmək istəyirdim.

Həmin hadisədən sonra millidə görüşdük, özünü heç nə olmamış kimi apardı. O, necə bir insan olduğunu göstərdi. Münasibətlər həmişəki şəkildə davam etdi. İndi söhbət gələndə o hadisəni xatırlayıb gülürük. Amma o vaxt həqiqətən də məni öldürmək istəyirdi”. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top