Narkotikin təsiri ilə maşın sürən şəxs saxlanıldı

KRİMİNAL 19 iyn 2022, 14:55
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, “VAZ-21144” markalı avtomobilin sürücüsü, şəhər sakini Rəvan Şükürlü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.

Polis şöbəsində toplanan materiallar şəhər məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə R.Şükürlü barəsində qanunamüvafiq tədbir görülüb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top