Bakıda “HESTOUREX Dünya Sağlamlıq Turizmi” sərgisi keçiriləcək

TURİZM 16 iyn 2022, 18:08
İyunun 23-26-sı tarixlərində Bakıda 4-cü "HESTOUREX Dünya Sağlamlıq Turizmi" sərgisi keçiriləcək.

Bu barədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından məlumat verilib.

Dünyanın ən böyük sağlamlıq turizmi sərgisi olan "HESTOUREX"in post-pandemiya dövründə hər il fərqli bir məkanda keçirilməsi nəzərdə tutulur. Bu il dünyanın ən böyük sağlamlıq turizmi toplantısı "HESTOUREX" öz iştirakçılarını tamamilə yenilənmiş formada Bakıda salamlayacaq. Bu görüşə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 65-dən çox ölkəsindən 1 000-dən çox sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə minlərlə B2B görüşlərin təşkili planlaşdırılır.

Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – "Baku Crystal Hall"da xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcək.

Sərgi rəsmi olaraq Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top