“Zəngəzur dəhlizi ilə bağlı prespektivi dəyərləndirmək üçün ilk növbədə Azərbaycanın atdığı addımlar və rəsmi Bakının yanaşması diqqətlə təhlil edilməlidir. Azərbaycanın qalib gəldiyi 44 günlük Vətən Müharibəsi regionda yeni reallıqlar yaradıb və bu yeni şərtlərin bir hissəsi Azərbaycan, Rusiya, Ermənistanın imzaladığı 10 noyabr Bəyanatında öz əksini tapıb. 10 noyabr Bəyanatı, həmçinin Azərbaycanın hərbi əməliyyatlarları dayandırması müqabilində erməni tərəfinin üzərinə götürdüyü öhdəlikləri əks etdirən sənəddir”.
Bu fikirləri Demokrat.az-a politoloq Zaur İbrahimli söyləyib.
“10 noyabr Bəyanatında isə 9-ci bəndə birmənalı şəkildə qeyd edilib ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Azərbaycan üçün bu strateji əhəmiyyətə malikdir və rəsmi Bakı bunu Ermənistanla mümkün sülh sazişinin bağlanmasının əsas şərtlərindən biri kimi görür”.

“Bu gün IX Qlobal Bakı Forumunda prezident İlham Əliyev bir daha Azərbaycanın qəti mövqeyini və şərtini bəyan edib. Prezident bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yerinə yetirilməsi regionda sülh və rifah üçün fundamental elementlərdən biridir. Rəsmi Bakının bu qəti mövqeyi və niyyəti praktik addımlarla da müşaiyət olunur, artıq Azərbaycan tərəfdən Zəngəzur dəhlizini təşkil edəcək avtomobil yolunun 35%, dəmir yolunun 50% artıq tikilib. Bu bir daha Azərbaycanın əminliyini göstərir və atılan addımları rəsmi Bakının heç bir şərtlər geri çəkilməyəcəyinin zəmanəti kimi də dəyərləndirmək olar”.
Politoloq vurğulayıb ki, regionda kommunikasiyaların açılmasını, həmçinin Zəngəzur dəhlizinin işə düşməsini regionda əsas oyunçular dəstəkləyir, bu Türkiyənin qəti mövqeyidir, Avropa İttifaqı da dəstək verir, Rusiya üçün hazırda aktualdır:
“Moskvanın mövqeyinə gəldikdə isə bu il 24 fevralda Ukraynaya hücum etdikdən sonra ağır sanksiyalardan sonra dünya bazarlarında, maliyyə sistemindən təcrid olunan Rusiya üçün Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Əvvəllər bu yalnız Şimal-Cənub nəqliyyat dəhlizinin bir elementi və əlavə logistik imkan kimi nəzərdən keçirilirdisə, artıq Rusiya üçün xüsusi əhəmiyyətli bir məsələ kimi dəyərləndirilə bilər. Rusiyanın cənub istiqamətdə, Türkiyə, İran, Şimal-Cənub dəhlizi ilə Cənubi Asiya ölkələri ilə kommunikasiyasını təmin edə biləcək əsas logistik marşrutlardan biri olmaq potensialına malikdir”.
Z.İbrahimli qeyd edib ki, Rusiya Zəngəzur dəhlizinin açılması üçün danışıqların əsas tərəflərindən biridir:
“Çünki Ermənistan dəmir yolları Moskvanın nəzarətindədir, həmçinin Kreml ümumilikdə, nəqliyyat yolları üzərində nəzarətini saxlamağa çalışır. Bu baxımdan Rusiyanin qəti şəkildə buna qarşı çıxdığını söyləmək doğru olmazdı. Moskva hazırda Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə nəzarəti əldə etməyə çalışır. Azərbayan üçün isə əsas məsələ 10 noyabr bəyanatının 9-cu bəndinin məhz bu sənəddə yazıldığı formatda Zəngəzur dəhlizinin açılmasıdır,”- deyə politoloq fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı
Demokrat.az