Təhsil naziri də nəticələrdən razı deyil — AÇIQLAMA

GÜNDƏM 16 iyn 2022, 12:24
Təhsil Naziri Emin Əmrullayev ictimaiyyətə açıqlamasında ali məktəblərə qəbul imtahanında oğlanların nəticələrini qənaətbəxş hesab etmədiyini bildirib. Əvvəlki imtahanlarla müqayisədə qızların daha çox uğur qazanması bunu sübut edir. Statistika göstərir ki, oğlanlar əsasən 1 və 2-ci ixtisas qruplarını seçirlər. 

Bu barədə Demokrat.az-a müsahibəsində təhsil eksperti Kamran Əsədov bildirib:
 
“Bəzi qruplar üzrə baxanda görürük ki, 1-ci ixtisas qrupunda hətta 180-200 balla oğlan abituriyentlər ali təhsil müəssiələrinə qəbul olurlar və bu kütləvi haldır. Hətta birinci ixtisas qrupunda 200-250 bal arasında ödənişsiz, dövlət sifarişli ixtisaslara qəbul olmaq mümkündür və burda olan abituriyentlər üstünlük təşkil edir. Amma 3-cü və 4-cü ixtisas qrupunda isə xanım abutiyentlər daha çoxdur.”
 


Xüsusilə texniki fənnlərdə oğlanların daha zəif nəticə göstərdiyi müşahidə edilir. Onların 1-ci ixtisas qrupunu seçmələrinin əsas səbəbi isə balların daha aşağı olmasıdır: 

“2007-2021-ci illərdə ali təhsil müəssislərinə imtahan nəticələrinə əsasən 700 bal toplayanlar arasında da bu fərqi birmənalı görə bilirik ki təbii ki xanım abuturiyentlrin 600 və daha çox bal toplamaq faizi oğlan abituriyentlərdən yüksəkdir. Oğlan abiturientlər birinci ixtisas qrupunda mühəndislik və texniki ixtisaslar seçirlər. Qız abituriyentlər isə bu ixtisaslara meyilli deyillər. İkinci ixtisas qrupunda biz müqayisəyə baxanda görürük ki, əgər oğlan abituriyentlər daha çox maliyyə ixtisasına yiyələnirlərsə, biznesin idarə edilməsinə meyillənirlərsə, xanım abituriyentlər marketinq, menecment ixtisasına daha çox meyillənirlər.”

Mütəxəssislərin fikrincə bu istiqamətdə addımlar atılmalıdır. Oğlanların təhsilə marağının artmasında valideynlərlə yanaşı müəllimlər də fəal olmalıdır. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top