Siyəzəndə ağır qəzası oldu, ölən və yaralananlar var

HADİSƏ 14 iyn 2022, 22:43
Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən ərazisində “Nissan Mikra” markalı avtomobil “Mercedes ML”lə toqquşub.

Hadisə nəticəsində Siyəzən sakinləri: - 1987-ci il təvəllüdlü Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 1985-ci il təvəllüdlü Əfsanə Mövlidxan qızı Tağıyeva, 2001-ci il təvəllüdlü Azər Ələbbas oğlu Ağayev, 2014-cü il təvəlludlü Əsma Firudin qızı Abbasova və Quba sakini, 2004-cü il təvəllüdlü Əminə Rövşən qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qəza zamanı ağır xəsarət alan 1988-ci il təvəllüdlü Xalidə Xalid qızı Xəlilzadə hadisə yerində keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top