Salyanda güclü külək fəsadlar yaratdı

HADİSƏ 13 iyn 2022, 21:50
Salyanda güclü külək bir sıra fəsadlat törədib.

“Report”un Aran bürosunun məlumatına görə, külək Salyan şəhərində bir neçə ağaçı aşırıb. Əliağa Kürçaylı küçəsində aşan ağac yolun üzərinə düşdüyündən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.

Bununla yanaşı, təbii hadisə elektrik təsərrüfatlarına da ziyan vurub. Şəhərin H.Əliyev, Ə.Kürçaylı, T.Xəlilbəyli və N.Nərimanov küçələrinin sakinləri 2 saatdan çox işqsız qalıb.
Küləyin aşırdığı ağaclar aidiyyəti qrumlar tərəfindən kəsilərək ərazidən uzaqlaşdırılıb, elektrik naqilləri isə təmir edilərək əhaliyə verilən elektrik enerjisi bərpa olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top