Rusiya nüfuzlu beynəlxalq təşkilatdan çıxdı

DÜNYA 12 iyn 2022, 16:04
Rusiyanın Baş naziri Mixail Mişustin ölkənin Dünya Turizm Təşkilatından (UNWTO) çıxması haqqında sərəncam imzalayıb.

Demokrat.az
xəbər verir ki, sərəncama əsasən “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin ölkənin Dünya Turizm Təşkilatından çıxması barədə aidiyyəti federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklifi qəbul edilib.

Rusiya hələ aprelin 27-də Ukraynadakı müharibə və ölkəyə qarşı sanksiyaların tətbiqi fonunda “fəaliyyətinin siyasiləşdirilməsinə görə” UNWTO-dan çıxmaq niyyətini açıqlamışdı. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top