Almaniya kansleri Olaf Şolts Kiyevə gedəcək

DÜNYA 11 iyun 2022, 23:40
Almaniya kansleri Olaf Şolts Ukraynada müharibənin başlamasından 109 gün sonra Kiyevə səfər etməyi planlaşdırır.

Demokrat.az bildirir ki, bu barədə “Bild am Sonntag” nəşri  Ukrayna və Fransa hökumətindəki mənbələrə istinadən xəbər verir.

Şoltsun səfəri barədə hələlik rəsmi məlumat yoxdu.

Xatırladaq ki, kansler Şolts  hesab edir ki, Almaniya Ukraynaya daha çox kömək edir. O bildirib ki, ki, Berlin Ukrayna Silahlı Qüvvələrinə ən müasir artilleriya sistemləri göndərir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top