“Dispanserlərdəki xəstələr dərman ala bilmir”

GÜNDƏM 11 iyn 2022, 18:02
“Əvvəllər şəkər xəstələri üçün dövlət proqramı var idi. İcbari tibbi sığortadan sonra bu dövlət proqramı ləğv olundu və şəkər xəstələri icbarı sığorta paketinə daxil olundu”.

Bu sözləri Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Professor qeyd edib ki, şəkər xəstələri birinci növbədə diaqnoz müəyyən edildikdən sonra, şəkər əleyhinə, yəni endokrinoloji dispanserlərdə növbəyə durmalı və qeydiyyata alınmalıdırlar:



“Ondan sonra onlara müxtəlif şəkər əleyhinə dərmanlar verilə bilər. Bu dərman təchizatını Səhiyyə Nazirliyi həyata keçirir. Ümumiyyətlə, aptek şəbəkəsində şəkər xəstələri üçün dərmanların olub, xəstəxanalarda tapılmaması ciddi bir problem yaradır. Bu, belə ola bilməz. Əgər defisit ümumi respublikadadırsa, bu, Ukraynada gedən müharibə ilə izah oluna bilər. Dispanserlərdəki xəstələr oradan dərman ala bilmir, amma apteklərdə dərman tapılır. Bu isə problem yaradan bir məsələdir. Bununla bağlı müvafiq dövlət qurumları məşğul olmalıdır”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top