Maşınını ağaca çırpdı, öldü

HADİSƏ 11 iyn 2022, 09:22
Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub. 

Demokrat.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Aşağı Küngüt kənd ərazisindən keçən hissəsində baş verib. 

Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq kənardakı ağaca çırpılıb.

Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Avtomobildə olan sərnişin, Balakən rayon sakini 1995-ci il təvəllüdlü Göyüşova  Günel Bəhram qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top