Kanadada Rusiyanın 300 milyon dollardan çox əmlakı və vəsaiti donduruldu

GÜNDƏM 10 iyn 2022, 22:36
Ukraynanın suverenliyini pozduğuna görə Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi çərçivəsində Rusiyanın Kanadada təxminən 316 milyon ABŞ dolları bloklanıb.

Demokrat.az “Ukrinform”a istinadən bildirir ki, bu barədə sanksiyalara riayət olunmasına nəzarəti həyata keçirən Kanada Kral Atlı Polisi bildirib.

“Rusiya üçün Xüsusi İqtisadi Tədbirlər Aktı ilə müəyyən edilmiş qadağalara uyğun olaraq, fevralın 24-dən iyunun 7-dək Kanadada ümumilikdə təxminən 123 milyon dollarlıq ekvivalent aktivlər dondurulub və 289 milyon dollardan çox əməliyyatlar dayandırılıb”- açıqlamada deyilir.

Agentlik fiziki şəxslərin məxfiliyinin qorunması zərurəti ilə əlaqədar dondurulmuş vəsaitlər və dayandırılmış maliyyə əməliyyatları ilə bağlı heç bir detalın açıqlanmayacağını vurğulayıb.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top