Binə və Sədərəkdə əməliyyat keçirildi

HADİSƏ 10 iyn 2022, 13:42
Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Demokrat.az xəbər verir ki, əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.

Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.

Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top