Lerik sakini öz təşəbbüsü ilə körpü inşa etdi — FOTOLAR

SOSİAL 09 iyn 2022, 11:58
İyunun 4-də Lerikin Əvilə kəndində yeni körpü tikilərək əhalinin istifadəsinə verilib.

Bu barədə Arqument.az-a kənd sakinləri məlumat veriblər.

Əslən Əvilə kəndindən olan Raqib Abbasovun təşəbbüsü və şəxsi vəsaiti hesabına tikilən körpü Livədirqə kənd inzibati ərazi dairəsininə daxil olan 4 kəndi özündə birləşdirir.

Əvilə kəndinin ərazisindən keçən çayın üzərində inşa edilən körpü dəmir-beton konstruksiyadan istifadə edilərək inşa edilib.

Körpünün açılışında Lerik rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun deputatı İqbal Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazidə yaşayan ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, deputat İqbal Məmmədov və Livədirqə ərazi icra nümayəndəsi Davud Manafov çıxış edərək kənd əhalisini körpünün açılış münasibətilə təbrik ediblər. 

Həmçinin Raqib Abbasova belə bir təşəbbüs göstərdiyinə görə minnətdarlıqlarını bildiriblər. 

Raqib Abbasov da tədbirə dəvət olunan qonaqlara və rəsmilərə təşəkkür edib, kənd sakinlərinə isə uğurlar arzulayıb. 






Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top