ABŞ səfiri: “Azərbaycana, bütün regiona firavanlıq və sabitlik arzulayırıq”

XARİCİ SİYASƏT 09 iyn 2022, 11:19
“Biz Azərbaycanın terrorizmə qarşı mübarizəyə töhfə verməsini, həmçinin Ukraynaya yardım göstərməsini yüksək qiymətləndiririk”.

Demokrat.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə bildirib.

Səfir deyib ki, onun ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyəti başa çatmaq üzrədir: “Burada olmaq mənə xoş idi”.

Ö.Litzenberger xatırladıb ki, bu il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edib.

“Biz Azərbaycana, bütün regiona firəvanlıq və sabitlik arzulayırıq”, - diplomat vurğulayıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top