Azərbaycan və İtaliya şirkəti arasında saziş imzalandı — FOTO

İQTİSADİYYAT 08 iyn 2022, 19:48

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə “Technip Energies” şirkətinin İdarə Heyətinin sədri Marko Villa arasında görüş olub.

Demokrat.az  xəbər verir ki, bu barədə nazir özünün sosial media hesabında yazıb.

O bildirib ki, görüşdə Azərbaycanda yaşıl enerjiyə keçidin təmin edilməsi, karbon tullantılarını azaltmaqla ekoloji vəziyyətin yaxşılaşması istiqamətində layihələr və dayanıqlı inkişaf imkanları müzakirə edilib.

Danışıqlar çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies Italy S.p.A” şirkəti arasında saziş imzalanıb.
M.Cabbarov qeyd edib ki, saziş “yaşıl” texnologiyaların tətbiqi ilə iqtisadiyyatın dəstəklənməsinə və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top