"Sosial media jurnalistin məlumat mənbəyi kimi" mövzusunda mühazirə keçiriləcək

MEDİA 08 iyun 2022, 19:08
İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və bu inkişaf sosial medianın yüksəlişinə səbəb olur. Bu yüksəliş mərhələsində jurnalistlər sosial medianı məlumat mənbəyi kimi necə istifadə edə bilərlər? Xəbərin doğruluğuna necə əmin olmalıdırlar?

Demokrat.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə iyunun 14-də keçiriləcək mühazirə zamanı media inkişafı üzrə mütəxəssis Emin Hüseynzadə bu və ya bənzər suallarınızı cavablandıracaq, sosial medianın jurnalistikaya təsirindən bəhs edəcək.

Siz də mühazirədə iştirak edin, maraqlandığınız sualların cavabını mütəxəssisdən dinləyin.

Mühazirədə iştirak üçün keçid:
https://bit.ly/3toumka

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top