Salyanda futzal üzrə rayon birinciliyi keçirildi — FOTOLAR

SOSİAL 08 iyn 2022, 15:36
İyunun 7-8-də Salyan rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayonda futbolun kütləviliyinə nail olmaq məqsədi ilə Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbinin stadionunda Milli Olimpiya Komitəsinin yaranmasının  30 illik yubileyinə həsr edilmiş ümumtəhsil şəhər məktəbləri arasında futzal idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Demokrat.az xəbər verir ki, birincilikdə ilk öncə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov bildirdi ki, bildiyimiz kimi, 2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30  illiyi tamam olur. Sirr deyil ki, Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan etibarən ölkədə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər edib və Olimpiya ideallarının bərqərar olunması naminə məqsədyönlü fəaliyyət göstərib. Bütün sahələrdə olduğu kimi, İdman və Olimpiya Hərəkatı sahəsində də Prezident cənab İlham Əliyevin iradəsi və diqqəti ölkəmizə yeni-yeni uğurlar gətirir.

Sonra birinciliyin şərtləri və oyun qaydaları haqqında məlumat verildi. Daha sonra yarışlara start verildi.

Birinciliyin yekununda III yeri şəhər 7 saylı məktəb-liseyin komandası, II yeri şəhər  8 saylı  tam orta məktəbin komandası, I yeri isə şəhər  6  saylı tam orta məktəbin komandası qazandı.

Birinciliyin sonunda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.



Məlik
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top