Vətən müharibəsindən sonra 12 minə yaxın qazi və şəhid ailəsi işlə təmin edilib

SOSİAL 07 iyn 2022, 19:53
"Vətən müharibəsindən sonra 13 min qazi və 3 minə yaxın şəhid ailəsinin məşğulluğunun təmin edilməsi ilə bağlı işlər davam etdirilir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, bu günədək həmin kateqoriyadan olan 12 minə yaxın şəxs işlə təmin edilib: "Onlardan 6 minə yaxınını özünüməşğuıluq proqramına cəlb etmişik, 3 minə yaxın şəxsi işlə təmin etmişik. Bir qrup şəxs isə peşə hazırlıq kurslarına qatılıb. Hazırda proses davam edir. İndi bir neçə qrup qazinin proqram təminatı üzrə peşə hazırlığı kurslarını davam etdiririk".(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top