Sosioloqdan SOS SİQNALI: “Ürəkağrısı ilə deyim ki, gələn il neqativ hallar bundan da çox olacaq”

GÜNDƏM 07 iyn 2022, 17:30
Müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyanın acı nəticələrindən əziyyət çəkməyən ölkə demək olar ki, yoxdur. Narkomaniyanın yaratdığı problemlərə vaxtında lazımi diqqət yetirilməməsinin nəticəsidir ki, hazırda bu bəla bəzi gənclər və yeniyetmələri öz toruna salıb. Azərbaycanda da narkotik vasitələrlə mübarizə geniş vüsət alıb, istər maarifləndirmə sahəsində, istərsə də narkotik vasitələri təbliğ edən, satan, onları əkib-becərən şəxslərə qarşı ciddi tədbirlər görülür. Lakin buna baxmayaraq son günlər narkotik aludəçisi olan ailə başçıları öz ailələrini məhv etdiyini, öz həyat yoldaşlarının canına qıydıqlarının şahidi oluruq. Ölkənin kriminogen vəziyyətinə baxanda, bu halların çoxaldığını görürük. Bəs, bu problemin çıxış yolu nədir?

Məsələyə münasibətini bildirən sosioloq-alim Əhməd Qəşəmoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür problemlərin həll edilməsi üçün müasir metodların tətbiqinə ehtiyac var:

“indi mürəkkəbləşən cəmiyyətdə bu cür problemlərin həllini köhnə metodlarla etmək düzgün deyil. Çünki indiki cəmiyyət yeni yanaşmalar tələb olunur. Biz istər bu narkotika məşğul olanlarla, istər intihar edənlərlə və s. bağlı biz mürəkkəbləşən cəmiyyətin tələbinə uyğun olaraq fəaliyyət göstərmirik. Bir sıra bu məsələlərlə məşğul olan qurumlar 30 ildən bundan qabaqkı metodları tətbiq edirlər. Hesab edirəm ki, Azərbaycanda məhələlər üzrə 3-4 nəfərdən ibarət sosial işçi olmalıdır. O, sosial işçi daima ailələri nəzərdə saxlamalıdır. Əgər ailədə hansısa problemlər varsa onların asan yolla qarşısını almağa çalışmalıdır. Sosial işçi nəzarəti olsa, ailələrə vaxtında profilaktik tədbirlər görülər”.

Ə.Qəşəmoğlu vurğulayıb ki, yeni cəmiyyətdə sosial iş xidmətinə ehtiyac var:

“Azərbaycanda universitetlərində sosial iş mütəxəssisi hazırlayrlar. Qeyd edim ki, bu gün ABŞ-da, Avropada, Baltikyanı ölkələrdə sosial iş xidməti çox dəbdəbədir.Ona görə, burada da açıblar, amma sosial işçilərə iş yerini heç kim düşünməyib. Azərbaycanda 8-10 universitet sosial işçi hazırlayır, amma sosial işçi qəbul edən bir iş yeri də yoxdur. Ona görə, bu istiqamətdə işləri yarımçıq edirik. Məsələn, avtomobili böyrü üstə sürəndən sonra soruşursa ki, bu, niyə aşdı? Bu cəmiyyətin artıq xüsusiyyəti tələb edir ki, bu məsələlərdə biz başqa cür məşğul olaq. Ona görə də, necə ki, başqa cür məşğul olmuruq ilbəil də neqativ halların sayı artır. İlbəil artmağı  təhlil olunmalıdır elmi mərkəzlər tərəfindən. Hansı səbəblərdən artıb, kimə nə cür kömək etmək lazımdır. Ona görə, ürək ağrısı ilə dediyimiz faktların artdığını eşidirik. Ümumiyyətlə, biz bunu həll etməklə məşğul olmuruq, bunu həll etmək üçün müasir metodlar, elmi metodlar var. Buna görə də,  ürəkağrısı ilə deyim ki, gələn il bundan da çox olacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top