Baş Prokurorluqdan Aysel Əskərovanın anasının öldürülməsi iddiasına CAVAB

GÜNDƏM 06 iyn 2022, 19:21
Baş Prokurorluq həkim-terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib.

Qurumdan bildirilib ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

“Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Aysel Əskərova sosial şəbəkə hesabında anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top