Politoloq: “Bəzi xarici media orqanlarının fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır”

GÜNDƏM 06 iyn 2022, 14:44
“Hazırda Azərbaycanda onlarla akkreditasiya olunmuş xarici jurnalist və media orqanları fəaliyyət göstərir. Onların hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir”. 
 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O qeyd edib ki, ölkəmizdə bir çox xarici media orqanının uğurlu fəaliyyətinin də şahidi oluruq:

“Bununla belə bəzi xarici media orqanlarının fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Daha dəqiq desək “RİA-Novosti”-in ardınca “Sputnik Azərbaycan”ın da ölkəmizdə fəaliyyətinə son qoyulmalıdır. “Sputnik Azərbaycan”ın ölkədəki fəaliyyətini şübhə altına alan və bağlanmasını zəruri edən başlıca səbəb Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyandır. Simonyan bundan öncə dəfərlərlə ölkəmiz əleyhinə əks təbliğat aparıb. Onun bir müddət öncə paylaşımlarından birində “Qarabağ Rusiyaya birləşdirilməlidir” deməsi isə bu şəxs qədər onun rəhbəri olduğu qurumun da ölkəmiz üçün potensial təhdid olduğunu sübut edir”.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top