“Qlobal Sağlamlıq Günü”ndə Bakıda maraqlı çempionat keçirildi — FOTOLAR

SOSİAL 06 iyn 2022, 11:58
Qlobal Sağlamlıq Günü (Global Wellnes Day) çərçivəsində Azərbaycanda bu sahənin aparıcı mütəxəssislərinin iştirakı ilə masaj üzrə Azərbaycan çempionatı keçirilib. Aesthetic & Wellness World Academy (AWWA) tərəfindən təşkil olunan tədbirdə ilkin seçimdən keçmiş yüzdən çox masaj ustası öz məharətlərini nümayiş etdirib. 

Çempionat 3 istiqamət üzrə keçirilib️: Klassik Masaj; Terapevtik Masaj və Manual Terapiya; Üz masajı. Ayrılan vaxtda qüsursuz texnika nümayiş etdirməli olan masajçılar, osteopatlar, kosmetoloqlar, SPA-terapevtlər, manual terapevtlər, refleksoloqlar, fizioterapevtlər öz məharətlərini göstəriblər. Yarışın bütün aspektləri çempionatın qalibləri ilə bağlı qərar verən beynəlxalq hakimlər briqadası tərəfindən qeydə alınıb. Çempionatda mükafat qazanan iştirakçılar xüsusi kubok və sertifikatlarla mükafatlandırılıblar.

Onu da əlavə edək ki, Azərbaycan, Beynəlxalq Masaj Federasiyasında təmsil olunur və Milli Çempionatın qalibləri ölkəmizi beynəlxalq yarışlarda da təmsil etmək hüququ qazanıblar.Masaj üzrə Azərbaycan çempionatının hakimlər heyətinə Andrey Sırçenko, İveta Opmane, Svetlana Şabalina, Aleksandr Şeparev və Leyla Səlimova daxildir.Bu mütəxəssislər kadrların peşəkarlığının artırılmasına və SPA sənayesinin inkişafına böyük töhfələr vermiş şəxslərdir.

Qeyd edək ki, bu, Aesthetic & Wellness World Academy-nin təşkilatçılığı ilə keçirilən ikinci masaj üzrə Azərbaycan çempionatıdır. Keçən ilki analoji tədbir AWWA-nın gərgin əməyinin bir hissəsi kimi ölkəmizdə “KOSMETOLOQ”, “KOSMEÇEVT”, “MASAJÇI” kimi peşələr üçün standartların hazırlanmasına töhvə vermişdir.“Peşə təhsili ixtisaslarının Təsnifatında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən, respublikamızda yuxarıda göstərilən peşələr rəsmi olaraq təsdiq edilib. AWWA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Əməkdaşlıq Memorandumları imzalayıb ki, bu memorandumlar çərçivəsində dövlət qurumları AWWA təhsil və sosial proqramları məzunlarının işlə təmin olunmasına dəstək verirlər.Gözəllik və SPA sənayesində peşəkarlar üçün peşə təhsili və təlimini təmin edən akkreditə olunmuş Akademiya olaraq, AWWA ixtisaslaşdırılmış kurslar çərçivəsində SPA sahəsində onlarla mütəxəssis hazırlamışdır. Bu il kursların ilk buraxılışı olub və məzunlar Azərbaycanda tanınan Diplomlar və sertifikatlar alıblar.AWWA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən Peşələr Festivalının da iştirakçısı olub. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən bu layihə SPA sənayesində peşəkar təhsil almağın üstünlüklərini nümayiş etdirməyə imkan yaradıb.



Məlik
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avq 2022, 18:52
11 avq 2022, 18:39
Top