Bu tarixdən çimərlik mövsümü başlayır

SOSİAL 06 iyn 2022, 11:45
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək.

Demokrat.az xəbər verir ki, çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə mayın 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıblar. Monitorinq nəticələrinin yaxın günlərdə ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top