Qazaxıstanda referendumu baş tutdu — YENİLƏNİB

DÜNYA 05 iyn 2022, 13:03
Qazaxıstanda referendum baş tutub.

Demokrat.az xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yaylb.

Seçici fəallığı 50%-lik həddi keçib və 7 saatlıq səsvermədə 53,43% təşkil edib.

08:00
***
Qazaxıstanda ümumrespublika referendumuna start verilib.


Demokrat.az TASS-a istinadən xəbər verir ki, ölkə vətəndaşları konstitusiyanın 33 maddəsinə 56 dəyişikliyin edilməsi məsələsi ilə bağlı səs verəcəklər.

Səsvermə üçün 10 013 seçki məntəqəsi açılıb. Referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısına 11 milyon 722 min 536 nəfər daxil edilib.

Bundan əlavə, Qazaxıstan Xarici İşlər Nazirliyi 52 ölkədə 65 məntəqə yaradıb. Burada 11 mindən çox Qazaxıstan vətəndaşı səs verməsi nəzərdə tutulur.

Səsvermə yerli vaxtla 20:00-dək aparılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top