“Deyirlər ki, İcra Hakimiyyətləri ləğv olunub yerində...”— Keçmiş Baş nazir

GÜNDƏM 04 iyn 2022, 19:44
“İcra Hakimiyyətlərin (İH) ləğvi barəsində dəqiq məlumatlar yoxdur, amma prinsip etibarilə həm İH vasitəsilə yerli idarəetmə sistemində islahatların olunması, həm də böyük şəhərlərdə şəhər meri seçkiləri barəsində söhbətlər gedir və biz bunu müdafiə edirik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn deyib.
Müxalifətçi il sonuna qədər İcra Hakimiyyətlərinin ləğvi barəsində səsləndirilən iddialara münasibət bildirib. Bələdiyyələrdən də söhbət açan eks Baş nazir deyib:

“Torpaqlaırn satılması məsələsinə gəldikdə isə o, bələdiyyələrin adı ilə aparılan, amma İH-ləri tərəfindən həyata keçirilən məsələlərdir. Ola bilsin ki, aralığa salıb bələdiyyə məmurları da özləri üçün nəsə edəcəklər. Amma bütün o məsələlər bir qayda olaraq yerli İH-nin sifarişi və diktəsi ilə həyata keçirilir”.

AXP sədri düşünür ki, İH sistemi mütləq olmalıdır, amma indiki yerli idarəetmə sistemi köhnəlib, zərər verir, korrupsiyaya uğrayıb və effektli səmərə vermir:
“Ona görə də, seçkilər vasitəsilə yerli idarəetmə sistemi təsbit olunmalıdır və bu da hazırda bələdiyyələr formasında həyata keçirilir. Onun üçün də bələdiyyələrin statusları və səlahiyyətləri artırılmalıdır.

Amma şübhəsiz ki, dünyanın hər yerində İH kimi idarəetmə strukturları var. İndi isə deyilir ki, bu, ola bilsin ki, Prezidentin səlahiyyətli nümayəndələrinin təyin olunması formasında həyata keçiriləcək. Baxaq, görək, tanış olandan sonra bu reform nədir, ondan sonra konkret münasibətimizi bu barədə bildirərik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top