Ukrayna 12 mindən çox rusiyalıya sanksiya hazırladı

GÜNDƏM 03 iyn 2022, 22:11
Sanksiyaya məruz qalan rusların sayı artacaq.

Demokrat.az UNİAN-a istinadən xəbər verir ki,Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, sanksiya tətbiq edilən 12 mindən çox rusiyalının siyahısı hazırlanıb.

Bu siyahıya rusiyalı oliqarxlar, məmurlar, təbliğatçılar və hərbi cinayətkarlar daxildir.

"Ukrayna  milli təhlükəsizliyə xələl gətirən digər ruslara qarşı sanksiyaların tətbiqinə  davam edəcək. Ümumilikdə, Ukrayna tərəfi 12 mindən çox rusiyalı oliqarx, məmur, təbliğatçı, hərbi cinayətkarın daxil olduğu sanksiya siyahısı hazırlayıb", - Ukrayna XİN nümayəndəsi vurğulayıb.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top