“Bu, ancaq xəstə adamın sərsəmləməsidir” — SƏRT AÇIQLAMA

GÜNDƏM 03 iyn 2022, 16:25
“Azərbaycanın Qarabağ iqtisadi zonasında rus sülhməramlıların müvəqqəti yerləşdirilməsini həm məcburi, həm də zəruri diplomatik addım kimi dəyərləndirmək lazımdır. Amma bir şeyi Rusiya başa düşməlidir ki, rus sülhməramlılarının BMT-də hər hansı mandatı yoxdur. Eyni zamanda beynəlxalq mandatı olmadığına görə, bunların fəaliyyəti ancaq lokal xarakter daşıyır. Ona görə də, Rusiya bu barədə fikirləşsə daha yaxşı olar”.

Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. O vurğulayıb ki, rus sülhməramlıların nəzarətində olan Xankəndi və digər rayonlarda ermənilərin özbaşınalığı hələ də davam edir:

“Daha doğrusu, bir növ onları bu məsələdə stimullaşdıran həmin rus sülhməramlılardır. Bu yaxınlarda məhz Saxarova həsr olunmuş heykəlin açılışında da, heykəlin üstünə yazılanlar da bir daha bunu dəlalət edir. Bunlar ermənilərə deyirlər ki, sizin işiniz haqq işidir, siz bu prosesi davam etdirməlisiniz”.

C.Nuriyev Xankəndidə hələ də fəaliyyət göstərməyə çalışan və özünü utanmadan “dövlət naziri” kimi sırımağa çalışan separatçı tör-töküntüsü Artak Beqleryan Azərbaycanın ünvanına atdığı böhtana da münasibətini bildirib:

“Ünuniyyətlə, Artak Beqleryan heç kimdir. Çünki, o, olmayan bir qurumun olmayan naziridir. Biz bunu gülüşlə qəbul edirik, amma bunlar bu adlarla, bu məsələrlə orada yaşayan ermənilərin beynini, psixikasını pozurlar. Eyni zamanda, onların hələ də “Dağlıq Qarabağ”ın mövcudluğu məsələsini gündəmə gətirirlər. Belə bir adam Qarabağ müharubəsi zamanı da sərsəmləmiş və guya Suriyadan Azərbaycana 5 min döyüşçünün gəldiyini demişdi. Bu, ümumiyyətlə normal adamın düşüncəsi ola bilməz. Birincisi, Suriyadan bura döyüşçülərin gəlməsi mümkün deyil. Çünki Suriya həm Türkiyəni qəbul etmir, sevmir və digər tərəfdən də o da Rusiyanın Ermənistan kimi bir əlaltısıdır. Ona görə də, Suriyadan bura adamların gəlməsi, burada vuruşması, bu, ancaq belə xəstə adamın, yüksək hərarəti olan adamın sərsəmləməsidir. İndi adam xəstədi də. Rusiya qarşı gedibsə niyə indiyə qədər Ukraynadan hər gün Zelenskinin deməyi ilə yüzlərlə adam ölür. Niyə onun içində bir suriyalı tapmayıblar? Halbuki, hər gün Rusiyanın kanalları necə deyərlər həyasızlıqla Ukraynada belə faktları axtarmaq üzrə ixtisaslaşıb və təbii ki, burada “Ria Novosti”nin bunu yayması anlaşılandır”. 

Politoloq “RİA Novosti” Azərbaycana qarşı yaydığı bphtan xarakterli xəbərlərə də münasibətini bildirib:

“RİA Novosti” Rusiyanın ən riyakar agentliklərindən birdir, belə bir agentliyin Azərbaycanla bağlı yaydığı məlumatın da dünya tərəfindən qəbul olunacağına inanmıram. Çünki Rusiyanın hazırda Ukraynada törətdiyi bu rəzillikdən sonra kimsə Rusiyanın agentliklərinə inanmır. Bu, növbəti erməni xəyanəti, yaltaqlığından başqa bir şey deyil. Bunlar zaman-zaman bu tip xəyanətkar statusda olublar. İndi də elədilər, gələcəkdə də elə olacaqlar. Bunların genetik kodunda belə şərləmə, qarayaxma, böhtan var. Bunun biz illərlə şahidi olmuşuq, bu gün də şahidiyik. Açığı, məni təəccübləndirən bir şey görmürəm burada. Çünki erməniləri stimullaşdıran məhz Rusiyanın hərbi elitasıdır. Onlar Ukraynadakı uğursuzluğu bir növ bununla bağlamaq istəyirlər. Eyni zamanda, Qarabağda yaşayan ermənilərə sonuncu dəfə Şarl Mişelin “Qarabağın etnik erməniləri” deməsiylə, belə deyək ki, ermənilərin cızddağı çıxdı və ermənilər siyasəti cəhətdən yandılar. Avropa artıq nə “Dağlıq Qarabağ”ı tanıyır, nə də onun statusunu tanıyır. Bunları Qarabağda yaşayan etnik bir qrup kimi qəbul edirlər. Bu, Azərbaycanın Konstitusiyasına da uyğundur. İndi bunların sərsəmləmələri bizi narahat etməlidir. Bunu dəstəkləyən media da bizi narahat etməməlidir. Hesab edirəm ki, Azərbaycan mediası bu işlərin öhdəsindən artıq uğurla gəlir”.

Qeyd edək ki, Xankəndidə hələ də fəaliyyət göstərməyə çalışan və özünü utanmadan “dövlət naziri” kimi sırımağa çalışan separatçı tör-töküntüsü Artak Beqleryan Azərbaycanın ünvanına böhtan atmağa çalışıb. Beqleryan bir müddət öncə Qarabağda “savaşmağa gəlmiş silahlılar”ın Ukraynada Rusiyaya qarşı döyüşə göndərilməsinin mümkünlüyünü iddia edib. O deyib ki, guya həmin zaman “ermənilərə və xaça qarşı” döyüşmək üçün Suriyadan 5-7 min arası döyüşçü gəlib. Rusiyanın ən böyük və rəsmi agentliklərindən biri olan “RİA Novosti” açıq lentindən bu şəri dünyaya yaymağa çalışır.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top