“Məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra ən həssas təbəqə məhz şəhid ailələri və qazilərdir. Dövlət demək olar ki, onlar üçün bir çox imtiyazlar həyata keçirir, eyni zamanda onların problemləri ilə çox dərindən maraqlanır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat vurğulayıb ki, paralel olaraq qazilər də bu adı çox yüksək tutmalı və dövlətin qayğısını düzgün qiymətləndirməyi bacarmalıdırlar:
“Bu gün ölkəmizdə şəhid ailələri və qazilər üçün bir çox imtiyazlar müəyyən olunub. Onların mənzillərlə, avtomobillərlə təmin edilməsi, tibbi müayinələri, övladlarının təhsili, güzəştli şərtlərlə torpaq, kreditin verilməsi və s. bu istiqamətdə çox ciddi işlər görülür. Eyni zamanda, artıq veteran statusu almış şəxslərə, əlillərə, şəhid ailələrinə prezident təqaüdləri təyin edilib. Yəni, həmişə onlara ehtiram və diqqət göstərilir. Bu işdə təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də zəhməti danılmazdır. Sadəcə olaraq böyük bir axın olduğuna görə istər köhnədən qalmış, istərsə də yeni istiqamətdə həddən artıq işlər çoxdur. Yeni sistemə keçid var, ona görə də problemlər mövcuddur. Düzdür, öz işinə məsuliyyətlə yanaşmayan məmurlar da var. Lakin birmənalı şəkildə dövlət qazinin və şəhid ailəsinin daim yanındadır. Çünki biz demokratik və hüquqi tənzimlənmış bir dövlətdə yaşayırıq. Bundan başqa, qanundan artıq olaraq imtiyazın tələb edilməsi də yolverilməzdir. Buna heç kimin haqqı və ixtiyarı yoxdur”.
Deputat qeyd edib ki, təəssüflər olsun ki, bəzi radikal qruplar bu istiqamətdə maraqlıdırlar və məhz bu həssas təbəqədən istifadə edərək əldə olan nailiyyətləri azaltmağa çalışırlar:
“Bir daha qeyd etmək istəyirəm ki, istər qanunverici orqan olsun, istər Milli Məclisin deputatları olsun, yəni hər kəs öz ərazilərində olan qazilərin və şəhid ailələrinin problemləri ilə yaxından tanışdılar və bu istiqamətdə istənilən addımı atmağa hazırdılar. Məktubla bir çox müraciətlər olunur və problemlərin həlli istiqamətində addımlar atılır. Mən Birinci Qarabağ müharibəsi veteranı kimi qazi və şəhid adının çox şərəfli olduğunu duyuram, hiss edirəm. Bu istiqamətdə hər bir qazinin yanında olmağı özüm üçün şərəf sayıram. Şəhid ailələri və qazilər qarşısında baş əyirəm. Çox təəssüf ki, bəzi işbazlar onlardan istifadə edərək özlərinin şəxsi mənafelərini həll etməyə çalışırlar”.
A.Nağıyev vurğulayıb ki, Qarabağ zəfərinin əsas səbəbkarları məhz şəhid ailələri və qazilərdir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə istər məşğulluqla, istər imtiyazlarla bağlı addımlar atır. Zənnimcə, bu məsələlərə də aydınlıq gətiriləcək və bu imtiyazlar istiqamətində də ciddi addımlar atılacaq. Bir məsələni qeyd etməliyəm ki, biz yüz minlik ordu ilə qələbə qazanmışıq. Hər bir qələbənin qazanmasında iştirak edən qazilər, şəhid ailələri və digər bu istiqamətdə addımlar atmış şəxslər dövlətin diqqətindədir. Onlarla bağlı problemlərin həlli ən mühüm məsələ kimi dövlət strukturlarının qarşısında qoyulub və bu istiqamətdə də ciddi addımlar atılır”.
Aynurə Pənahqızı
Demokrat.az