Hüseynbala Mirələmov indi də samovarla gündəmə gəldi — “Amma bu quş əslən Amerikadandır”

GÜNDƏM 03 iyn 2022, 13:20
Ötən həftə yazıçı, sabiq deputat Hüseynbala Mirələmov “Qıpçaq gözəli” adlı yeni hekayəsini yayımlayıb.

XII əsrdə cərəyan edən hadisələrdən bəhs edən hekayədə samovar çayından söhbət açılır. Yəni hekayənin qəhrəmanı olan Şeyx Nizamiyə samovardan çay süzülüb verildiyi bildirilir.

Həmin tarixdə Azərbaycan mətbəxində samovardan istifadə edilməsi, samovarın yaranması tarixi müzakirələrə səbəb olub.

Ümumiyyətlə, samovarın hansı xalqa məxsusluğu, yaranma tarixi mübahisəli mövzudur. Rus mənbələri məişətdə işlətdiymiz bu qabın ana vətəninin Rusiya olduğunu iddia edirlər. Elə “samovar” sözü (tərcüməsi «özüqaynadan» deməkdir) də rus sözüdür. Rus mənbələrində ilk samovarın 1778-ci ildə Rusiyanın Tula şəhərində İvan və Nazar Lisitsın qardaşları tərəfindən hazırlandığı qeyd edilib. Həmin tarixdən sonra Rusiyada samovar istehsalı geniş miqyas almağa başlayıb. Bir neçə il sonra Tulada artıq 28 samovar zavodu fəaliyyət göstərib. Lakin Azərbaycanda çayın tarixi qədim olduğundan, adət-ənənələrimizdə çay süfrəsi xüsusi önəm kəsb etdiyindən, mətbəximizdə çaydan istifadə etmək üçün işlədilən əşyanın samovar olduğu deyilir. Ehtimal olunur ki, ruslar həmin əşyanı təkmilləşdirib, hazırkı hala gətirdikləri üçün tarixin yaddaşında onların adı ilə qalıb.

Bir qrup isə 12-ci əsrdə samovar olmağını bildirək Hüseynbla Mirələmovun hekayəsində bu detalı unutduğunu qeyd edir.

Qeyd edək ki, Sərvaz Hüseynoğlu Hüseynbala Mirələmovun “Ənvər Paşa” romanının əsl müəllifi olduğunu iddia edib.

Cebhe.info-ya açıqlamasında Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov deyib ki, ən qədim samovar azərbaycanlılara məxsusdur:

“Rus samovarının 300, Çin samovarının 1200, Misir samovarının 2000 yaşı var. Ən qədim samovar Şəkidə tapılıb, 3700 yaşı var. Yarandığı gündən işlədilir. Ad dolayı göstəricidir. Biz “hindquşu” deyirik, Avropa ölkələri “türkey” deyir. Amma bu quş əslən Amerikadandır”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top