Rusiya BMT rəsmiləri ilə ərzaq böhranını müzakirə etdi

GÜNDƏM 03 iyn 2022, 00:06
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Ukrayna limanlarından taxıl daşınmasını müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada Fomin və Qriffitsin bu gün Moskvada görüşdüyü bildirilib.

Ukraynadan taxıl ixracatındakı problemlərin müzakirə edildiyi görüşdə Fomin Rusiyanın Ukraynanın Qara dənizdəki limanlarını bağlamadığını vurğulayıb.

“Gəmilərin Ukrayna limanlarını tərk edə biləcəyi humanitar dəhliz 2022-ci ilin martından açıqdır”, - deyə Fomin qeyd edib.

Qriffitsə Qara dənizdəki limanların minalardan təmizlənməsi üzrə məsuliyyətin Ukraynanın üzərinə düşdüyü bildirilib.

Açıqlamada qida sektorundakı böhranın ABŞ və Qərb ölkələrinin gəmiçilik zəncirlərinə tətbiq etdiyi sanksiyalardan qaynaqlandığı vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top