Gündəm

Biləsuvarda iki nəfər qazdan boğuldu, biri öldü

Biləsuvarda iki nəfər qazdan boğuldu, biri öldü

Biləsuvarda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə "Təyyarə meydanı" adlanan yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə kanalizasiyada çalışan iki fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az