Aslan İsmayılov: “Nə onlarda, nə də onlara nəzarət etməli şəxslərdə vicdan deyilən bir şey yoxdur”

GÜNDƏM 02 iyn 2022, 16:57
Məndən demək... Büdcəni talamaq üçün qazon əkənlər, torpağa mərmər-metlak döşəyənlərin görəsən bir balaca vicdanları varmı, onlar bu ölkənin 5-10 il sonrasını düşünürlərmi?! Qətiyyətlə deyirəm ki, nə onlarda, nə də onlara nəzarət etməli şəxslərdə vicdan deyilən bir şey yoxdur. Onlarda vicdan olsa parklara mərmər-metlak döşəməklə yayın istisində insanları bişirməz, qışda isə yıxıb şikəst etməzdilər.

Demokrat.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədəki hesabında bildirib.

"Xüsusilə, son dövrlər dəbə düşmüş qazon məsələsinə toxunmaq istəyirəm. Bəli, bu gün həmin yaşıllıq göz oxşayır. Axı, hamı bilir ki, qazon üçün həddindən artıq su istifadə olunur. Artıq bu gün bütün dünya su problemindən danışır. Kürün hövzəsində çay suyu əvəzinə Xəzərin suyunun axması artıq qanmayanlar üçün də bir göstəricidir. 5-10 ildən sonra isə su qıtlığından həmin sahələr quruyacaq və qazon yerində yenidən göydələnlər ucalacaq və onsuz da zəhərli olan Bakı havası dözülməz olacaq. Mən hələ Xəzərin səviyyəsinin necə düşməsini demirəm. 

Ona görə də hələ ki, gec deyil həmin sahələrdə suya az ehtiyacı olan, oksigen verən ağaclar əkilməlidir ki, həmin sahələrdə az da olsa yaşıllıq olsun və az sonra Bakı səhrəya çevrilməsin. Həmin ağacların kökləri öz yerini tutan kimi suya da ehtiyacları olmur", deyə tanınmış vəkil qeyd edib.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top