Azərbaycanda polis əməkdaşının bu addımı alqışlandı — FOTOLAR

GÜNDƏM 02 iyn 2022, 16:53

Bu gün bir qrup Qarabağ döyüşçüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlardan bir neçəsi nazirliyin inzibati binasına daxil olmağa çalışıb.

Demokrat.az xəbər verir ki, həmin vaxt nazirliyin inzibati binasında xidmət aparan polis əməkdaşı, Yasamal rayon polis idarəsinin əməkdaşı 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğlu içəri daxil olan qazilərdən birini qucaqlayaraq, sakitləşdirib.Bununla da polis əməkdaşı hadisənin insidentə çevrilməsinin qarşısını alıb. Asayiş keşikçisinin bu addımı sosial şəbəkələrdə ictimaiyyət nümayəndələri, tanınmış jurnalistlər və ziyalılar tərəfindən alqışlanıb.

İctimaiyyət nümayəndələri polisin qayğıkeç davranışına görə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu:

"Sağ ol, Azərbaycan polisi! Qazi qardaşına əl qaldırmaq nədir, onu bağrına basmaq, sınan qapı -pəncərələrə rəğmən, Qazini qorumaq, onun qayğısına qalmaq! 
Örnək davranış, kövrəldən mənzərə! 
Qazilər ağlamasın, Qazilər incidilməsin, Qaziləri bağrına bassın Dövlət Baba!
Şəfqətini əsirgəməsin! Yanlışı olsa belə. 
Bu cür - bu Polis kimi!"

Manset.az xəbər  portalının Baş redaktoru Əli Vəliyev:

"Eşq olsun! Bu polis əməkdaşı ən yüksək ada layiqdir. Bu dəhşətli məqamda nə lazımdırsa onu edib. Saniyələr içində qəzəbdən şirə dönmüş döyüşçünü içəri girən kimi qucaqlayaraq mum edir. Daha pis hadisələr olacaqdı... Eşq olsun, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi!"

Elşad Paşasoy – Parlament Jurnalistləri Birliyinin (PJB) sədr müaviniYeni Müsafat qəzetinin əməkdaşı:

"Halal olsun, Azərbaycan polisi! O anda nə etmək lazım idisə, onu etdi!"

“Demokrat.az” saytının rəhbəri Vasif Həsənli:

"2 iyun 2022, Bakı. Polis qazilərin gərginliyini azaltmağa çalışır. Halal olsun belə polislərimizə!"

Manset.az MEDİA MMC-nin rəhbəri Famil Fərhadoğlu:

"Bu polis əməkdaşını alqışlamaq lazımdır.Əsəbiləşmiş Qarabağ döyüşçüsünü qucaqlamaqla bəlkə də böyük bir insidentin qarşısını aldı."

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu:

"GÜNÜN QƏHRƏMANInın adını öyrəndim. 
Zorakılığa zorakılıqla deyil, qucaq açmaqla cavab verən, hiddətlənmiş insanı, keçmiş döyüşçünü bağrına basan, nə olur-olsun insan kimi rəftar etməklə sakitləşdirən günümüzün qəhrəman polisi əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu PPX bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.
Kadrlar o qədər təsir etdi ki, bu adamı araşdırmaq istədim və sadəcə halal olsun deyirəm!
Məncə, bu cür nümunəvi, insan və vətənpərvər polislərimizi cəmiyyətimiz mütləq tanımalıdır!"

Jurnalist Zaur Qənbərov:

"Yaxşı insan harda olsa yaxşıdır. Əhsən o polisə.Hörmətli Sahil Babayev, bir polisin qayğıkeş addımını görün o erməyinə meydan oxuyan qazi necə qarşıladı.Anlamaq çətindirmi, o qazilərin nəyə ehtiyacı var? Qayğı, diqqət, hörmət, can yandırmaq".(manset.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top