Ödəniş terminallarında yaranan nasazlıqla bağlı AÇIQLAMA

İNFRASTRUKTUR 02 iyn 2022, 11:58
Xəbər verdiyimiz kimi, “İnşaatçılar” metro stansiyasında sərnişinlərlə metropoliten işçiləri arasında mübahisə yaranıb. Səhər saatlarında metronun “İnşaatçılar” stansiyasında quraşdırılan ödəniş terminallarında yaranan nasazlıq sərnişinlərin narazılığına səbəb olub. Terminal sərnişinlərin pul əsginaslarını qəbul etsə də, ödəniş “BakıKart”ın balansına keçməyib. Sərnişinlər metropoliten işçilərinə narazılıqlarını bildirərək ödənişin bərpa olunmasını tələb ediblər. Yaranan nasazlıq isə sərnişinlərin sıxlığına səbəb olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Demokrat.az-a açıqlama verib. O bildirib ki, heç bir problem yoxdur: 



“Sadəcə olaraq, onu deyə bilərəm ki, vaxtında aidiyyatı qurum məlumatlandırılıb. Hal-hazırda heç bir problem yoxdur. Zəhmət olmasa, bu barədə məsələni “BakıKart”la araşdırın, bütün digər detalları yalnız onlar deyə bilər”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev də Demokrat.az-a açıqlama verib:

“Hazırda biz o məsələni araşdırırıq ki, görək nə üçün baş verib. “BakıKart”a məsələ ilə bağlı məlumat vermişik, indi onlar məlumat verməlidirlər. Bundan sonra ətraflı məlumat veriləcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top