Restoranlarda qiymət artımı: Yeməklər bahalaşdı — VİDEO

SOSİAL 02 iyn 2022, 08:43
Son aylarda bazarda müşahidə edilən qiymət artımı kafe və restoranlara da təsirsiz ötüşməyib. Bu iaşə obyektlərində menyular əvvəl ki dövrlərlə müqayisədə nəzərə çarpacaq dərəcədə bahalaşıb. 

Salatlar, kabablar, su və spirtli içkilər daha ənənəviqiymətlərə satılmır. Vətəndaşların sözlərinə görə, bahalaşma qazan yeməklərində təxminən 3 manat 50 qəpik, kabablarda isə 1 manatdan çoxdur. Salat və soyuq içkilərdə 50 qəpikdən 3 manatadək qiymət artımı var. Bahalaşma Paytaxtın mərkəzi yerlərindəki kafe və restoranlarda daha çox müşahidə edilir.

Restoran inzibatçıları deyir ki, qiymət artımının səbəblərindən biri əsas ərzaq və tərəvəz məhsullarının bahalaşmasıdır.

Bahalaşmaya səbəb olan amillərin biri də müştəri sayı ilə bağlıdır. Xüsusilə ailəvi şəkildə qonaq gələnlər əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb.

Restoran inzibatçıları bahalaşmanın bundan sonra da davam edəcəyi qənaətindədirlər.

Qeyd edək ki, hazırda şəhər ətrafı ərazilərdəki restoranlarda 2 nəfərlik yemək menyusu 30-70 manat arası dəyişir. Paytaxtın mərkəzi yerlərində isə bu qiymət daha çoxdur.


 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top