Stoltenberqdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA

GÜNDƏM 01 iyn 2022, 22:24
"Ukraynada müharibə mütləq danışıqlar masası arxasında bitəcək "

Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq bildirib .

"Müharibələr gözlənilməzdir, lakin biz indi nə baş verdiyini təxmin edə bildik. Bütün müharibələr hansısa nöqtədə danışıqlar masası arxasında bitir və bu müharibə də danışıqlar masası arxasında bitəcək", - o vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, bu, döyüş meydanındakı vəziyyətdən asılıdır. 

"Biz onları (ukraynalıları - red.) dəstəkləyirik. Mən əminəm ki, Ukraynanın siyasi rəhbərliyi danışıqlar zamanı çətin və ciddi qərarlar qəbul edir".

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top