Füzulidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu — FOTOLAR

SOSİAL 01 iyn 2022, 18:02
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid uşaqları üçün bayram tədbiri keçirilib.

Demokrat.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Füzuli rayon Təhsil Sektorunun müdiri iştirak ediblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin azyaşlı uşaqları üçün rəngarəng bayram konserti təşkil edilib, bayram süfrəsi açılıb.

Alı Alıyev, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda uşaq siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Təbirin sonunda şəhid uşaqlarına icra başçısı tərəfindən hədiyyələr təqdim edilib.








Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top