“Final” yağ markası fiziki məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirdi — VİDEO

BİZNES 01 iyn 2022, 11:19
Hər zaman sosial məsələlərə qayğısı ilə seçilən “Final” yağları i 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibəti ilə tədbir keçirib. 

Demokrat.az xəbər verir ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisində keçirilən tədbirdə fiziki məhdudiyyətli uşaqlarla unudulmaz gün yaşanıb.

“Sonsuz sevgiylə, təbəssümlə, ürəklə, sizinlə!” şüarı ilə həyata keçən tədbirdə uşaqlarla əyləncəli oyunlar keçirilib, onlara  müxtəlif hədiyyələr verilib. “Final” əməkdaşlarının xüsusi diqqətlə seçdiyi hədiyyələr və göstərdikləri  qayğı uşaqların sevincinə səbəb olub.

Uşaqların təbəssümünün böyüklərə ən böyük hədiyyə olduğuna inanan “Final”ın bu tədbiri keçirməkdə  məqsədi fiziki məhdudiyyətli uşaqları sevindirmək, onlarla möhtəşəm bir gün keçirmək olub. İllərdir istehlakçıların sevimlisi olan “Final”, verdiyi  hədiyyələr ilə də uşaqların xoşbəxt təbəssümünə səbəb olub.





Məlik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top