BMT-dən Türkiyəyə TƏŞƏKKÜR

GÜNDƏM 31 may 2022, 21:59
BMT-nin baş katibi Antonio Quterreş Türkiyəyə Ukraynadakı münaqişə ilə bağlı səylərini dəstəklədiyinə görə minnətdardır, lakin hələlik planlaşdırılan razılaşmaların təfərrüatlarını açıqlamaq niyyətində deyil.

Bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik brifinq zamanı deyib.

"Türkiyədən mesajlar, telefon danışıqları ilə bağlı məlumatları görürük. Baş katib Qara dənizdəki vəziyyətlə bağlı göstərdiyi dəstəyə, eləcə də bu istiqamətdə səylərini dəstəklədiyinə görə Türkiyəyə son dərəcə minnətdardır", - deyə rəsmi nümayəndə bildirib.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top