Kişilər arasında saç əkimi aktuallaşıb — ARAŞDIRMA

SOSİAL 31 may 2022, 15:52
Saç insanlarda imic yaradan və gözəl göstərən əsas amildir. Elə bu səbəbdən də, kişilərin ən böyük kabusu saç tökülməsidir. İyirmi yaşın sonlarında 12 faizə yaxın kişi bu problemlə üzləşir. Bəzilər buna əhəmiyyət verməsə də, bəziləri üçün ən yüngül saç azlığı iş və sosial həyatda çətinlik yaradır. Kişilərdə müşahidə edilən saç tökülməsi səbəblərinin 90 faizə qədərini genetik faktorlar təşkil edir. Bundan başqa insanlar yaşlanarkən və ya baş dərisi əməliyyatları, tiroid kimi bəzi xroniki xəstəliklərə bağlı olaraq da saç itkisi yaşaya bilirlər. 

Trixoloq Cəmilə Əsgərova bildirir ki, qadınlar da ən az kişilər qədər bu problemdən əziyyət çəkir. 

“Adətən əkim üçün genetik faktorlar səbəblər olur. Kişilərdə andro-genetik səbəblərdən saç tökülməsi varsa, saç əkimi həyata keçirilə bilər. Xanımlarda isə saç əkimi, adətən, hər hansı əməliyyat sonrası baş nahiyəsində olan çapığın üzərinə, hörüklərdən, qaynaqlardan sonra saçı bərk dartmaq sayəsində gicgah nahiyələrində saçları tökülür. Və burda tökülən saçların isə sadəcə çarəsi saç əkimidir.”



Saç əkimindən əvvəl, bütün əməliyyatlarda olduğu kimi, qana təsir edəcək dərman növlərinin 15 gün öncə dayandırılması məsləhət görülür. Çox yaşlı, sağlıq vəziyyəti pis olan, xroniki xəstəlik və ya da xərçəngdən əziyyət çəkən kişilərə saç əkdirmək olmaz.

“Təxminən 20-60 yaş arası biz sağlam şəxsləri seçirik. Hər hansı qara ciyər, ürək, böyrək çatışmazlığı, yüksək şəkər, yüksək arterial təzyiqi, qan laxtalanması problemi varmı, yoxmu?! Əgər bunlar yoxdursa, hətta 70 yaşa kimi də saç əkmək olar. Proses özün 6,8,9 saatımızı alır, bu da pasientin keçəllik dərəcəsindən asılıdır. Əkim sonrası 10 gün xüsusi diqqətə ehtiyac var. Diqqət və qulluğa ehtiyac var. Özünün xüsusi yuyulma metodu vasitəsi var ki, 10 gün ərzində bu proses bitir.”

Bu əməliyyatdan sonra pasientin bir neçə saat dincəlməsi kifayət edir. İlk 3 ay isə diqqətli olmaq lazımdır.

“Əkim sonrası ilk 3 ay, həssas müddətdir. İdman olmaz-ağır idmanlar, sauna, hovuz, dəniz kimi prosedurlar qadağandır. 3 ay diqqət etmək lazımdır. 3 ay sonra isə əkilən köklər çıxmağa başlayacaq. 6 ayda yarısı, 1 ildə hamısı çıxacaq.”

Saçların vaxtından əvvəl tökülməməsi üçün, onlara düzgün qulluq göstərmək önəmlidir. Həkim məsləhəti olmadan saça jele və müxtəlif maskalar çəkmək tövsiyyə olunmur. 

Gülçin Qorxmaz
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top