“Ukraynanın bölünməsi qaçınılmazdır” — ŞƏRH

GÜNDƏM 31 may 2022, 14:34
"Rusiyanın Ukraynaya təcavüzü nəinki regionda bütövlükdə dünyada siyasi və iqtisadi krizis yaradıb". 

Bunu Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. O vurğulayıb ki,Rusiyanın təcavüzünü durdurmaq məqsədilə Avropa ölkələri və ABŞ Ukraynaya ciddi maliyyə dəstəyi verir:

"Baydenin konqresdən daha 40 milyard yardım almaq təklifi də müsbət həll olinub.Hesab edirəm ki, müharibə bitənə qədər və müharibədən sonra bu dəstək və yardımlar davam edəcək.Burada diqqəti çəkən məqam isə Qərbin bütün bu yardımların qarşılığında  Ukraynadan istəkləri nə olacaq və Ukrayna bölünəcəkmi?



Müharibənin 4 –cü ayında Rusiyanın  20 faiz əraziləri işğal etməsi ilə davam edir.Fevral hücumuna qədər işğal olunan 7 faizin üzərinə 13 faiz əlavə olunmuşdur.Rusiya isə nəyin bahasına olursa- olsun Odessaya qədər işğalı genişləndirmək niyyətindədir.Bu özlüyündə faktiki olaraq Ukraynanın bölünməsi ilə nəticələnəcək".

V.Əfəndiyev əlavə edib ki, Ukrayna –Rusiya müharibəsi  müvəqqəti sülhlə dayandırılma perspektivi gündəlikdədir.Hesab edirəm ki, Putin Rusiyası işğal etdikləri əraziləri heç bir şərtlə geri qaytarmaq istəməyəcək.Ona görə də, döyüşlərin dayandırılması üçün əldə olunacaq istənilən razılaşma müvəqqəti xarakter daşıyacaq.Bu gedişlə Ukraynanın bölünməsi qaçılmazdır.Eyni zamanda Rusiya tutduqları ərazilərdə təcili olaraq Rusiya vətəndaşlığı paylamaqla məşğuldur.İndiki şəraitdə Qərbin Ukrayna qarşısında öhdəliyindən daha çox Putinin işğalçılıq  siyasəti suveren dövləti ikiyə bölmək ərəfəsindədir".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top