Sirkə turşusundan zəhərlənən jurnalist evə buraxıldı — FOTO

SOSİAL 31 may 2022, 13:35
Sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun verdiyi məlumata görə,  Nəsimi Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirilib.

Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olub.



Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün Mərkəzdə müalicəsi davam etdirilib və artıq səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilib.

Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top