Bütün xəstəliklər icbari tibbi sığorta zərfinə daxil edilsin — TƏKLİF

GÜNDƏM 31 may 2022, 12:11
“İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi ilbəil artırılır. Bununla bağlı geniş işlər görülməlidir”.

Demokrat.az xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, onkoloji xəstliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır:

“Hesab edirəm ki, bütün xəstəliklər bu zərfə daxil edilməlidir”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top